AZ

Qəzzada həlak olanların sayı 40 mini keçdi

İsrailin 7 oktyabrdan bəri Qəzzada həyata keçirdiyi hücumlarda həlak olan mülki vətəndaşların sayı 40 min nəfəri keçib.

"AzPolitika" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda İsrail hücumları nəticəsində indiyədək 40 min 5 mülki vətəndaşın həyatını itirdiyini, 92 min 401 şəxsin isə yaralandığı qeyd olunub.

Nazirlik son 24 saat ərzində 40 mülki şəxsin öldüyünü, 107 yaralının xəstəxanalara yerləşdirildiyini açıqlayıb. 

İsrailin hücumlarının 313-cü günündə çökən binaların dağıntıları altında hələ də mülki vətəndaşların olduğu bildirilib.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
azpolitika.info

10Mənbələr