AZ

Daşqınlar 70-dən çox can aldı

Şiddətli yağışlar nəticəsində Qərbi və Mərkəzi Afrikada baş verən daşqınlar 70-dən çox insanın həyatına son qoyub, 699 nəfər müxtəlif dərəcəli xəsarət alıb və 700 mindən çox insan zərər çəkib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hesabata görə, daşqınlar nəticəsində 72 nəfər həlak olub, 62 min yaşayış binası dağılıb.

Təbii fəlakət Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Nigeriya, Toqo və Çadı əhatə edib.

BMT fəlakətin əsas səbəbini qlobal iqlim dəyişikliyinin nəticələrində görür və dünya ictimaiyyətini aclıq təhlükəsi ilə üzləşmiş insanları xilas etmək üçün təcili tədbirlər görməyə çağırır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
3
milli.az

10Mənbələr