AZ

Ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı 53 mindən çox ərizə təsdiqlənib

Bakı. Trend:

Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, avqustun 15-isaat 14:00-a olan məlumata görə 53 min 434 ərizə təsdiqlənib.

Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent müsabiqəşərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna(altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyiixtisasların kodlarını Mərkəzin müvafiq internet ünvanında yerləşən“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqetməlidir. İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqəşərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçməkhüququ əldə edir.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişiəsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeydetməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm dəödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etməkistəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxiletməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərininqarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeydetməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığınıabituriyent özü müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişiüzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olanqanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallarnəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçəbilməzlər.

İxtisas seçimi avqustun 19-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
47
az.trend.az

2Mənbələr