AZ

ABŞ-nin Ermənistanı silahlandırmaqda niyyəti BƏLLİ OLDU

"ABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti təkcə Ermənistanı silahlandırmaqla bitmir". 

Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi Vaşinqton müxtəlif formalarda İrəvan hakimiyyətinə hərbi və siyasi dəstək verməyə davam edir:

"ABŞ-nin Ermənistanı sürətlə silahlandırmaqda əsas məqsədi onu tamamilə Rusiyanın nəzarətindən çıxarmaqdır. Həmçinin, Ağ Ev regionda sülh üçün tədricən yaranan münbit şəraitə əngəl olmağa çalışır. Çünki Azərbaycanla Ermənistan arasında ikitərəfli təmaslar intensivləşir. Bu da regionda sülhün əldə olunacağı zamanı yaxınlaşdırır".

356048

Lakin ekspertin fikrincə, bu, ABŞ-ni narahat edir:

"Çünki regional sülh təmin olunacağı təqdirdə, ABŞ "oyundan kənar vəziyyətdə" qalacaq. Yəni regiona hər hansısa müdaxilə edə bilməyəcək. Hazırda nəinki ABŞ-nin, hətta Fransanın regionda mövcudluğu ancaq xaosla təmin oluna bilər. Bunun üçün isə regionun ən zəif bəndi olan Ermənistandan istifadə edirlər"

Politoloq qeyd edib ki, ABŞ və Fransa kimi qüvvələr Ermənistanı şirnikləndirərək öz tərəflərinə çəkirlər:

"Lakin sonra onu təzyiqə məruz qoyurlar. Beləliklə, Ermənistan vasitəsilə Cənubi Qafqazda destruktiv maraqlarını təmin edərək, sülhə mane olurlar.

Ümumiyyətlə, ABŞ-nin Ermənistanı silahlandırmaqda niyyəti sülhə mane olmaq, xaos yaratmaq, regionda öz maraqlarını təmin etmək və Rusiyanın bölgədəki təsir gücünün azalmasına nail olmaqdır".

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
hit.az

10Mənbələr