AZ

“Sepsisin diaqnostikası və idarəedilməsi” adlı təlim keçirilib » Medical Media


TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin təşkilatçılığı ilə Yeni Klinikada “Sepsisin diaqnostikası və idarəedilməsi” təlimi keçirilib. 

Həkim-infeksionist, mikrobioloq, laborator həkim, pediatr və terapevtlərin iştirak etdiyi təlimdə məruzəçi qismində Azərbaycan Həkimləri təkmilləşdirmə İnstitunun həkim-infeksionisti Roza Muradova, Ege Hospitalın həkim-mikrobioloqu Elnarə Alxasova və “Central Clinic”in laborant-həkimi Dürrəxanım Musayeva çıxış ediblər. 

Təlim zamanı sepsisin inkişaf səbəbləri, sepsisdə xəstənin dəyərləndirilməsi və müalicə prinsipləri, sepsis inkişafı üçün risk faktorları, intraabdominal infeksiyalar (anaeroblar,gram-neqativlər), septik şok, sepsisə mikrobioloji baxış, sepsisin laborator diaqnostikası, sepsis zamanı istifadə olunan  testlər haqqında məlumatlar auditoriya çatdırılıb. 

İnteraktiv şəkildə baş tutan təlimdə müxtəlif tibb müəssisələrindən 100-ə yaxın tibb mütəxəssisləri iştirak edib. 
Seçilən
31
medicalmedia.az

1Mənbələr