AZ

Gediş haqqı qalxdı, amma heç nə dəyişmədi - İnsanlar hələ də komfortsuz və köhnə avtobuslarda gedir

İctimai nəqliyyat, xüsusilə, avtobuslar gündəlik həyatın əvəzolunmaz hissələridir. Bakıda 2014-cü ildən etibarən “Bakubus” adlı yeni tipli və sərnişinlər üçün nisbətən daha rahat avtobuslar istifadəyə verilsə də, hələ də şəhərin bəzi ərazilərində köhnə avtobuslar fəaliyyət göstərir. Həmin avtobusların nə vaxt yenilənəcəyi isə sərnişinlər üçün maraq mövzusudur.

Nəzərə almaq lazımdır ki, iki avtobus arasında gediş haqqıda qiymət fərqi də mövcuddur. Belə ki, “Bakubus” avtobuslarında ən yuxarı gedişhaqqı 60 qəpik təşkil etsə də, köhnə avtobuslarda şəhərətrafı istiqamətə hərəkətdə gedişhaqqı 70, bəzi ərazilərə görə isə 80 qəpikdir. Belə desək, qiymət daha yüksək olsa da, xidmətin  keyfiyyəti çox aşağıdır. Üstəlik bəzi köhnə avtobusların salonlarında natəmizlik də hökm sürür. Hələ xəttdə qapı və şüşələri qırıq, bir sözlə istismara yararsız avtobusların sayı da az deyil.

Bəs Bakının avtobus parkı tam nə vaxt yenilənəcək? İstismara yararsız avtobusların xəttdən çıxarılması ilə bağlı hansı addımlar atılır?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumatda bildirilib ki, əhalinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bir ildən çoxdur ki, mobilliyin transformasiyası proqramı həyata keçirilir.

“Əhalinin ictimai nəqliyyatda əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərən 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb.

Son 1 ildə Bakıya 200 avtobus gətirilib

Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində uzunluğu 75 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır” - deyə məlumatda qeyd edilib.

Məlumatda o da qeyd olunub ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır.

“Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin, bu il ərzində daha 200 avtobusun təmir olunaraq istismara qaytarılması, eləcə də 160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
4
avtosfer.az

10Mənbələr