AZ

Gürcüstanda parlament seçkisi: Hakim partiyaya yüksək dəstək, müxalifət çətin durumda

Gürcüstanda əhalinin 59.3%-i parlament seçkisində hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasına səs verməyə hazırdır.

seher.media xəbər verir ki, bu məlumat "İmedi" telekanalının sifarişi ilə "Qorbi" şirkətinin keçirdiyi sorğunun nəticələrində əks olunub.

Sorğuya əsasən, əhalinin yalnız 13.1%-i əsas müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ı dəstəkləyir.

Bu rəqəmlər "Gürcü Arzusu"nun parlamentdəki 150 mandatdan 107-ni əldə etməsinə imkan verir.

Sorğu iyulun 24-dən avqustun 4-dək birbaşa müsahibələr vasitəsilə ölkə üzrə aparılıb və 1.7 min nəfəri əhatə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
16
seher.media

10Mənbələr