AZ

Ermənistanda müxalif deputatlar xarici səfərlərdən məhrum edilir

Ermənistan parlamentində Təhlükəsizlik və müdafiə daimi komitəsinə rəhbərlik edən Andranik Köçəryan (Paşinyanın partiyası-red.) parlament aparatına müxalif deputatları ezamiyyətdən və parlament nümayəndə heyətlərində iştirakdan məhrum etməyi tapşırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

Məlum olub ki, bu ilin sentyabrın 15-18-də deputatlar Arusyak Culxakyan və Vahan Aleksanyan NATO Parlament Assambleyasının Rouz-Rot seminarında iştirak etmək üçün Varşavaya göndəriləcəklər.

Qəzetin yazdığına görə, həmin nümayəndə heyətinin tərkibinə müxalifət fraksiyalarının üzvləri salınmayıb. Bundan başqa NATO Parlament Assambleyasındakı nümayəndə heyətində yer alan, müxalif “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan və Aspram Krpeyan burada iştirakdan məhrum ediliblər.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
7
musavat.com

10Mənbələr