AZ

Polad Bülbüloğlu şuşalı seçicilərlə GÖRÜŞDÜ - FOTO/VİDEO

Sentyabrın 1-də keçiriləcək növbədənkar parlament seçkilərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizəd olan Polad Bülbüloğlu təbliğat-təşviqat kampaniyasına start verib.

Bizim.Media xəbər verir ki, kampaniya çərçivəsində Polad Bülbüloğlu bu gün Şuşa Humanitar Kollecində şuşalı seçicilərlə görüşüb.

Deputatlığa namizəd gələcək fəaliyyət planı ilə bağlı seçicilərinə məlumat verib. Görüşdə çıxış edən sakinlər də seçkilərdən gözləntilərini və təkliflərini diqqətə çatdırıblar.

Qeyd edək ki, Xalq artisti Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsində çalışıb. O, 2006-cı ildən bəri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir.




























Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
bizim.media

10Mənbələr