AZ

Mədəsidə maqnit olan uşaq xilas edildi » Medical Media


Appendisit əlamətləri ilə xəstəxanaya daxil olan körpəninin əməliyyatı zamanı bəlli olub ki, irinlənmənin səbəbi qida borusuna ilişib qalmış yad cisimlərdir.

Rusiyanın Çelyabinsk Regional Uşaq Klinik Xəstəxanasının cərrahları bildirib ki, əməliyyat zamanı qarın boşluğunda dəyişmiş appendikulyar proses və çoxlu miqdarda irin aşkar etdik, lakin dərhal məlum oldu ki, bunlar ikinci dərəcəli dəyişikliklərdir”.

Cərrah Vadim Romasenko deyib ki, “Ağla gələn növbəti fərziyyə  Mekkel divertikulu idi, uşaqlarda əmələ gələn bu patoloji appendisit qədər tez-tez rast gəlinmir, lakin nəticədə peritonitə də gətirib çıxara bilər”.

Həkimlər nazik bağırsağın yoğun bağırsağa qovuşduğu yemək borusunu müayinə etdikdən sonra bağırsaq divarında fərqli yerlərdə perforasiyaya səbəb olan dörd maqnit aşkar edib. Yəqin ki, onlar müxtəlif vaxtlarda uşaq tərəfindən qəbul edilib, bu da onların bağırsaqlara kompleks təsirinə səbəb olub. Nəticədə apandisitin simptomlarını təqlid edən şiddətli iltihab və peritonitə səbəb olublar.

Həkimlər yad cisimləri çıxararaq uşağın həyatını xilas edə bilib. Üç gün reanimasiyada və daha yeddi gün şöbədə qaldıqdan sonra 4 yaşlı pasient evə buraxılıb.

Valideynlərə isə xəbərdarlıq edilib ki, xırda oyuncaq, maqnit və digər yad cisimlərlərlə oynamaq azyaşlı uşaqların sağlamlığına böyük təhlükə yaradır.

Seçilən
78
medicalmedia.az

1Mənbələr