AZ

Metyu Perrinin və Maykl Ceksonun ölümlərində bənzər izlər

Amerikanın məşhur “Dostlar” serialının aktyoru Metyu Perrinin ölümünü araşdıran rəsmilər Maykl Ceksonun ölüm işi üzrə aparılan istintaqın nəticələrinə baxacaqlar.

Musavat.com MIR24-ə istinadla xəbər verir ki, Perri 2023-cü ilin oktyabrında evində ölü tapılıb. Təhlillər nəticəsində onun orqanizmində ölümə səbəb olan dərmanın konsentrasiyasının artması müəyyən edilib.

Ötən ilin dekabr ayında Los-Anceles polisi Perrinin təhlükəli maddəni necə əldə etdiyini müəyyən etmək üçün cinayət işi açıb. Mənbələr bu işin tamamlanmaq üzrə olduğunu desələr də, təhqiqat hələ də davam edir və ona görə bir neçə nəfər ittiham oluna bilər.

İstintaq üç versiyanı nəzərdən keçirir. Perri narkotiki qeyri-qanuni fəaliyyət göstərən həkimdən, narkotik satıcısından və ya yaxın çevrəsindən birindən ala bilərdi.

Vəkil Tre Lovell Perrinin işini müğənni Maykl Ceksonun ölümü ilə bağlı istintaqla müqayisə edib. O bildirib ki, aktyorların ölümündə günahkar olanlar uzunmüddətli həbs cəzası ala bilərlər.

"Ən çox ehtimal edilən ittiham qəsdən adam öldürmədir və bu, Ceksonun ölümündə ittiham və məhkum edilən həkim Conrad Mürrey kimi Perriyə dərman yazmış ola biləcək bir həkimi əhatə edə bilər", - vəkil deyib.

Maykl Cekson 2009-cu ildə kəskin intoksikasiya nəticəsində ürək tutmasından vəfat edib. Araşdırma zamanı məlum olub ki, şəxsi həkimi ona həddindən artıq dozada dərman verib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
7
musavat.com

8Mənbələr