AZ

DİN: Ötən gün 75 cinayətin üstünün açılması təmin olunub

Avqustuyn 13-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqədar 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
49
nuhcixan.az

10Mənbələr