Moskvada Bolşaya Çeryomuşkinskayada yerləşən ticarət mərkəzində yanğın baş verib.
Azpost.info bildirir ki, yanğın səhər saat 8 radələrində başlayıb. SHOT-un məlumatına görə, fasadın bir hissəsi yanıb, fitnes klubunun yerləşdiyi 3-4-cü mərtəbələrin ərazisində tüstülənmə müşahidə olunur. İnsanlar ticarət mərkəzindən çıxarılıb, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğınsöndürənlər Moskvada Rio ticarət mərkəzində açıq yanğını söndürüblər. Heç kim xəsarət almayıb.