AZ

Azərbaycanla Özbəkistan arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması müzakirə edilib

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkəmizdə səfərdə olan Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması, bitkiçilik, meyvəçilik, ipəkçilik, aqrar təhsil, aqrar tədqiqatlar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını, eləcə də qarşılıqlı müzakirələrin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
4
xalqqazeti.az

10Mənbələr