AZ

Avropa İttifaqında əhali artıb: Nəyin hesabına?

Avropa İttifaqı ölkələrinin əhalisinin sayı 2024-cü il yanvarın 1-nə 449,2 milyon nəfər olub.

Musavat.com Eurostat-ın məlumatına istinadən xəbər verir ki, bu, 2022-ci ildəki 447,6 milyon nəfərdən 1,6 milyon nəfər artım deməkdir.

Beləliklə, artım COVID-19 pandemiyasının təsiri ilə 2020-2021-ci illərdəki azalmadan sonra ikinci artımdır. 2020-ci ildə əhalinin sayı təxminən 0,5 milyon nəfər, 2021-ci ildə isə təxminən 0,3 milyon nəfər azalmışdı.

Qeyd edək ki, əhalinin son artımı əsasən miqrasiyanın artması ilə bağlıdır. Hesabatda qeyd olunur ki, əhalinin təbii azalması (doğumdan daha çox ölüm) müsbət xalis miqrasiya ilə kompensasiya edilib.

Uzunmüddətli perspektivdə Avropa İttifaqının əhalisi 1960-cı illə müqayisədə 94,7 milyon nəfər artıb. Bununla belə, son onilliklərdə artım tempi tədricən azalıb: 2015-2024-cü illərdə Aİ əhalisi orta hesabla ildə təxminən 0,6 milyon nəfər artıb, halbuki 1960-cı illərdə orta illik artım 2,9 milyon nəfər olub.

Almaniya, Fransa və İtaliyanın sakinləri birlikdə 2024-cü il yanvarın 1-nə Aİ-nin ümumi əhalisinin təxminən yarısını (47 faiz) təşkil edib. Maltanın 0,6 milyon, Almaniyanın isə 83,4 milyon əhalisi var.

Ötən il Avropa İttifaqının yeddi ölkəsində əhalinin sayının azalması qeydə alınıb. Bu, ən çox Polşada (132,8 min nəfər), Yunanıstanda (16,8 min nəfər) və Macarıstanda (15,1 min nəfər) olub. Əhalinin ən çox artımı İspaniyada (525,1 min nəfər), Almaniyada (330 min nəfər) və Fransada (229 min nəfər) baş verib.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
50
musavat.com

10Mənbələr