AZ

Avropa İttifaqında demoqrafik böhran qaçılmazdır -

Amerikalı iş adamı İlon Mask hesab edir ki, Avropa İttifaqında (Aİ) demoqrafik böhran qaçılmazdır.Metbuat.az xəbər verir ki, o,1960-cı ildən bəri Aİ ölkələrində rekord aşağı doğum səviyyəsi ilə bağlı yazılanları belə şərh edib."Euronews"un məlumatına görə, 1960-cı ildən bəri ilk dəfə olaraq Aİ-də doğulanların sayı 4 milyondan aşağı düşüb. 2022-ci ildə isə cəmi 3,88 milyon uşaq doğulub. Avropada ən aşağı doğum göstəriciləri Malta (1,08), İspaniya (1,16), İtaliya (1,24), Yunanıstan (1,32) və Kiprdə (1,37) qeydə alınıb.2020-ci ildə Aİ-də təxminən 447,5 milyon insan yaşayırdı. Lakin bu rəqəm COVID-19 pandemiyasından sonra azalmağa başlayıb. Avropa İttifaqının statistika agentliyi 2100-cü ilə qədər Aİ əhalisinin 27,3 milyon nəfər və ya 6,1% azalacağını proqnozlaşdırıb.

2023-cü ildə Elon Musk demişdi ki, aşağı doğum nisbətləri səbəbindən demoqrafik çöküş "sivilizasiya üçün qlobal istiləşmədən daha böyük risk yaradır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
43
metbuat.az

10Mənbələr