AZ

"Fənərbağça" Çempionlar Liqasında mübarizəni DAYANDIRDI

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, pley-off mərhələsinə gedən yolda Fransanın "Lill" kollektivi ilə qarşılaşan İstanbul komandası doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb.

Səfərdə baş tutan matçda 1:2 hesabı ilə məğlub olan "sarı-lacıvərdlilər" qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, Jose Mourinyonun rəhbərlik etdiyi "Fənərbağça" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
14
bakivaxti.az

10Mənbələr