AZ

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb

Yayımlandı: 28 Avqust 2024 22:37 Komanda “Dinamo”ya cavab oyununda da məğlub olub “Qarabağ” komandası avqustun 28-də UEFA Çempionlar Liqasının pley-off mərhələsindəcavab oyununu keçirib. Azərbaycan çempionu Bakıda Xorvatiya təmsilçisi “Dinamo” (Zaqreb) ilə qarşılaşıb. Xorvatiyada keçirilən ilk matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanmışdılar. Foto: Meydan TV Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab qarşılaşması saat 20:45-də başlayıb. Oyun “Qarabağ”ın məğlubiyyəti ilə yekunlaşıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Dinamo”ya 0:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyət “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni dayandırması ilə nəticələnib. Komanda bundan sonra UEFA Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
19
xural.com

10Mənbələr