AZ

PUA hücumu təhlükəsi elan edilib - Rusiyada

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, bölgədə pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib. 

32gun.az bildirir ki, onnu barədə telegram kanalında məlumat verib. 

O, yerli sakinlərdən sakit olmağı xahiş edib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qusev həmçinin regional hökumətdən və ya Rusiya Fövqəladə Hallar Nazirliyindən gələcək bildirişlərə nəzarət etməyi xahiş edib. 

Bundan əvvəl Qusev hava hücumundan müdafiə sistemlərinin Voronej vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni vurduğunu bildirib. 

O vurğulayıb ki, ilkin olaraq hücum nəticəsində tələfat və dağıntı olmayıb.

Qusev avqustun 12-də rayonda kütləvi tədbirlərin təşkili və keçirilməsinin dayandırılması barədə göstəriş verib.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
7
32gun.az

10Mənbələr