AZ

Çempionlar Liqası: "Lill" ilə bacarmayan "Fənərbağça" turnirlə vidalaşdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Fransanın "Lill" komandası ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, İstanbulda baş tutan matçda hesab yalnız 90+1-ci dəqiqədə avtoqolla açılıb. "Lill"in futbolçusu topu öz qapısına göndərərək "Fənər"i əsas vaxtda məğlubiyyətdən xilas edib - 1:0.
Fransadakı ilk oyunda yerli komanda 2:1 hesabı ilə qalib gəldiyindən ümumi hesab 2:2 olub və əlavə vaxta ehtiyac yaranıb. Matçın 109-cu dəqiqəsində "Lill" azlıqda qalıb.
Buna baxmayaraq əlavə vaxtın son dəqiqələrində qonaqlar penaltidən hesabı bərabərləşdirərək sevinən tərəf olublar - 1:1 (3:2).
Turnirlə vidalaşan sarı-lacivərdlər isə yollarına Avropa Liqasında davam edəcəklər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
50
oxu.az

10Mənbələr