AZ

Azərbaycan millisinin sabiq üzvü: "Yığmamız hücum futboluna üstünlük versə, qələbə də qazana bilər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan İsveçlə matçda olduğu kimi hücum futboluna üstünlük versə, qələbə də qazana bilər".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vurğun Hüseynov deyib.

Yığmamızın UEFA Millətlər Liqasında qarşılaşacağı Slovakiya oyunu barədə danışan 36 yaşlı müdafiəçi, yaxşı nəticəyə ümid etdiyini bildirib:

"İsveçlə keçirdiyimiz və 1:3 hesabı ilə məğlub olduğumuz ilk oyunda pis təsir bağışlamamışdıq. Əgər Ramil Şeydayev penalti zərbəsini dəqiq yerinə yetirsəydi, nəticə başqa cür ola bilərdi. Bugünkü qarşılaşmada da milli komandamıza uğurlar arzu edirəm. Düşünürəm ki, ən azı 1 xal qazanacağıq. Yeni baş məşqçi Fernandu Santuşa vaxt lazımdır ki, öz oyun üslubunu milli komandaya aşılaya bilsin. Təbii ki, bunu 10 gün içərisində reallaşdırmaq mümkün deyil. Əgər Azərbaycan ilk matçda olduğu kimi hücum futboluna üstünlük versə, qələbə də qazana bilər".

Qeyd edək ki, Millətlər Liqasının II turunda üz-üzə gələcək Azərbaycan və Slovakia yığmalarının dueli bu gün Bakı vaxtilə saat 20:00-da başlayacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
oxu.az

10Mənbələr