AZ

Çjou ümid edir ki, qalan yarışları daha yaxşı keçirə biləcək

F-1.az xatırladır ki, hələlik o, çempionatda xalı olmayan üç pilotdan biridir – yeri gəlmişkən, Sauber-dəki komanda yoldaşı Valtteri Bottas kimi.

Lakin onun gələcək taleyinə təsir edə biləcək başqa bir amil də var – Mattia Binottonun Formula1-də Audi zavod proqramının rəhbəri təyin edilməsi.

“Bu, şübhəsiz ki, mənim perspektivlərim üçün, o cümlədən gələn il üçün daha yaxşıdır, – deyə çinli pilot The Race-ə müsahibəsində bildirib. – Mən onu uzun müddətdir tanıyıram, çünki bir neçə il Ferrari Racing Academy-də məşğul olmuşam. Mən çempionatda qalmaq istəyirəm, bu mənim məqsədimdir. Mən, hətta ehtiyat pilot olmaq məcburiyyətində qalsam, nə edəcəyim barədə düşünmürəm.

Amma hələlik komandalardan birində yer almağa köklənmişəm, çünki şanslarımı 50-50 və ya, hətta daha yüksək qiymətləndirirəm”.

Bottas 14 yarışdan 9-da Çjounu qabaqlayıb, lakin sıralanma turlarında duellərinin hesabı daha darmadağınedicidir: finlandiyalının xeyrinə 13:1.

“Mən deyərdim ki, biz onunla yarışları təxminən eyni keçiririk. Əslində, mən dəfələrlə bir az daha sürətli olmuşam, – deyə Çjou davam edib. Amma son bir neçə mərhələdə məndə çətinliklər olub, çünki mən Valtterinin arxasından start götürmüşəm. Sıralanma turu mənim zəif yerimdir. Ehtimal ki, bir sürətli dövrədəki sürətimə maşının konfiqurasiyası təsir edir.

Çətinliklər onunla bağlıdır ki, C44 kvalifikasiyalarda mənim üslubuma uyğun gəlmir, çünki çox yumşaq idarəetmə tələb edir, mən isə sükan arxasında daha aqressiv hərəkət edirəm. Əvvəlki illərdə, xüsusilə keçən il məndə hər şey yaxşı alınırdı, indi isə böyük çətinliklərim var. Amma yalnız deyə bilərəm ki, bir şəkildə uyğunlaşmaq üçün bütün səylərimi göstərirəm”.

Macarıstan və Belçika mərhələlərində İsveçrə komandası genişmiqyaslı texniki yeniləmələr təqdim edib, lakin bütün yeniliklər Bottasın maşınında quraşdırılıb, Çjou isə onları yalnız Zandfortda alacaq.

“Düşünürəm ki, mövsümün ikinci yarısında vəziyyət tezliklə yaxşılaşacaq, komanda yoldaşımla eyni maşınım olacaq, – deyə Quanyu ümid edir. – Bununla belə, C44-ə hələ də sürət çatışmır, hətta Valtteriyə xas olan üslubu nəzərə alsaq belə. Optimal parametrlərin diapazonu daha da daralıb və bu mənim çətinliklərimi daha da ağırlaşdırır”.

Seçilən
102
f-1.az

1Mənbələr