AZ

Orxan İsmayılzadənin ekspertizadan keçirilməsi barədə qərarı verildi

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün daha bir məhkəmə instansiyası - Sabunçu Rayon Məhkəməsi qərardad çıxarıb. Ekspertiza keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. Artıq ekspertizanın vaxtı da müəyyən olunub - 27.08.2024-cü il, saat 12-də keçirilməsi qərara alınıb.

Bundan əvvəl də Orxan İsmayılzadənin, Fidan Abbasovanın və Nil adlı uşağın ekspertizadan keçirilməsi üçün Xətai Rayon Məhkəməsi qərar verib.

Hazırki ekspertizanın keçirilməsi Fidan Abbasovanın Sabunçu rayon Məhkəməsinə təqdim etdiyi mülki iddia əsasında təyin olunub.

Fidan Abbasova mülkim iddiasında bildirir ki, Orxan İsmayılzadə onun övladının atasıdır. Dediklərinin sübutu kimi Orxan İsmayılzadə və övladları ilə birgə fotolarını, çoxsaylı yazışmalarını təqdim edir. Qarşı tərəf isə onu məhkəməyə verməklə dediklərinin həqiqət olmadığını isbatlamağa çalışır.

Belə ki, Orxan İsmayılzadə bu ilin mayında Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair iddia təqdim edib. Orxan İsmayılzadə iddiasında Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində xüsusi ittihamı araşdıran hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Fidan Abbasova deyib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Orxan Mikayılzadə isə ekspertizanın keçirilməsində iştirak etməyib.

Bu ilin mayında Fidan Abbasovanın Musavat.com-a dediklərindən sitat:

mika.jpg

“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və Orxan İsmayılzadə ekspertizada iştirak etmədi. Halbuki Bakıda idi, elə həmin gün onu restoranda görmüşdüm. Vəkili isə məhkəməyə doğru olmayan məlumat vermişdi ki, guya Orxan Bakıda deyil deyə ekspertizada iştirak etməyib”.

Onun sözlərinə görə, faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova demişdi ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:

Seçilən
80
5
aznews.az

10Mənbələr