AZ

“Regionda genişmiqyaslı müharibənin başlanmasında maraqlı olan qüvvələr var”

“Bu gün İranla İsrail arasında hərbi əməliyyatların başlanmasında, bunun genişmiqyaslı müharibəyə çevrilməsində maraqlı olan qüvvələr var”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, bunu daha çox İsraildəki radikal qüvvələr istəyir:

 

“Dini və dünyəvi radikallar içərisində İran-İsrail müharibəsinin baş verməsini istəyənlər var. Bu, indiki halda Benyamin Netanyahuya daha çox sərf edir. Onun hazırkı durumu olduqca ağırdır və müharibə İsrail ictimaiyyətinin diqqətini bundan yayındıra bilər.

 

Netahyahu və bəzi radikallar çalışır ki, müharibə başlasın və ABŞ da bu müharibəyə qoşularaq İrana zərbələr endirsin. Lakin bu bir həqiqətdir ki, belə bir müharibə heç kimə - nə ABŞ-a, nə Rusiyaya, nə də Çinə lazım deyil. Bu, heç kimə yaxşı heç nə qazandırmayacaq. Əksinə, regiona yeni fəlakətlər gətirəcək.

 

Buna görə də sadəcə ABŞ deyil, Avropa dövlətləri də Netanyahunun İranla bağlı ittihamlarına ehtiyatla yanaşır və ona əvvəlki qədər güvənmirlər. Netanyahu onlardan lazımi dəstəyi ala bilmir. Sabah necə olacaq, bax bunu zaman göstərəcək”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
50
moderator.az

10Mənbələr