AZ

Bakıda restoranda yanğın oldu

Bakının Xətai rayonu ərazisində restoranda yanğın hadisəsi qeydə alınıb.

İqtisadiyyat.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin 112 "qaynar xətti"nə Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yerləşən restoranın tüstü bacasında yanğın olması barədə məlumat daxil olub.

Bununla bağlı dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
6
iqtisadiyyat.az

6Mənbələr