AZ

“Pulsuzdur” dedi, əhali tarlaya axışdı: Tam 600 ton

Türkiyənin Manisa rayonunda bir fermer təxminən 600 ton yemiş və qarpızı pulsuz paylayıb.

Publika.az xəbər verir ki, bu bostanın ərsəyə gəlməsində 3 ortaq tərəfindən 1,5 milyon lirə (təxminən 76 min manat) xərclənib.

Lakin sahəyə gələn alıcılar 100-300 min lirə (təxminən 5-15 min manat) arasında qiymətlər təklif edib. Bu səbəbdən ortaqlar məhsullarını bu qiymətə satmaq əvəzinə, xalqa pulsuz paylamağa qərar verib.

Onlar sosial media hesablarında bununla bağlı elan veriblər. Xəbər tutan vətəndaşlar sahəyə axın ediblər.

Ortaqlardan olan Ahmet Akbaş vətəndaşların tarladan yemiş və qarpız yığdığına sevindiyini bildirib: "Bura 220 hektar torpaqdır. Bunun təxminən 65 hektarında yemiş, qalan hissəsində isə qarpız əkmişik. Məhsul yığımı vaxtı gələndə alıcılardan tələblər gəlməyə başladı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
46
publika.az

10Mənbələr