AZ

Tramp Baydeni tərəvəzlə müqayisə etdi

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın hazırkı prezidenti Cozef Baydeni tərəvəzlə müqayisə edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Tramp "X" sosial şəbəkəsinin sahibi İlon Maska verdiyi müsahibədə danışıb.

"Məncə, Bayden tərəvəz mərhələsinə yaxındır. Baydenin çimərlikdə istirahət edərkən çəkilmiş kadrlarına baxdım. Güclə yeriyirdi və bu çox pis görünürdü. Sanki bizim prezidentimiz yoxdur. Hazırkı vitse-prezident Kamala Harris seçkidə qalib gəlsə, ondan (Bayden - Qeyd) daha pis olacaq", - deyə o qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
milli.az

10Mənbələr