AZ

Bakıda bu gün 35 dərəcə isti olacaq

Bu gün ölkəmizdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bakıda və Abşeronda gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.

Ednews xəbər verir ki, respublikanın bölgələrində dağlıq və dağətəyi rayonlarında yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək.

Bölgələrdə gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti proqnozlaşdırılır.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26° isti, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
4
ednews.net

10Mənbələr