AZ

“Fitch” İsrailin reytinqini “A+”dan “A”ya endirib

“Fitch” reytinq agentliyi İsrailin uzunmüddətli xarici valyutada emitentin defolt reytinqini “A+”dan “A”ya endirib, ölkə iqtisadiyyatı üçün proqnoz “mənfi” olaraq qalır.

Reytinqin aşağı salınması Qəzza zolağında gedən döyüşlər və İsraillə İran arasında davam edən gərginliklə bağlı olub, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“Fitch”in qiymətləndirmələrinə görə, İsrailin büdcə kəsiri 2024-cü ilin sonuna kimi ÜDM-in 7.8%-nə çatacaq. “İnsan bahasına başa gələn müharibə əhəmiyyətli hərbi xərclərə, infrastrukturun məhvinə gətirib çıxara, iqtisadi fəaliyyətə və investisiyaya daha çox ziyan vura bilər ki, bu da İsrailin kredit profilini daha da pisləşdirəcək”, – hesabatda deyilir.

Agentlik İsrailin xarici borcunun ÜDM-ə nisbətinin 2024-cü ilin sonuna kimi 70%-ə yüksələcəyini proqnozlaşdırır. 2025-ci ildə bu rəqəm 75%-ə çataraq, 2020-ci ildə koronavirus pandemiyası zamanı qeydə alınan rekord 71%-i keçə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
26
banker.az

10Mənbələr