AZ

Sumqayıtda insident: Bıçaqlanan var

Sumqayıtda bıçaqlı insident baş verib.

seher.media-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin 5-ci mikrorayon, ev 32 ünvanında qeydə alınıb.

Belə ki, üç nəfər arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. Mübahisənin iki tanışın birləşərək orta yaşlı kişini döyməsi ilə başladığı bildirilir. Onların arasındakı ədavətin səbəbi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
7
seher.media

10Mənbələr