AZ

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə APARIR

Xəbər verdiyimiz kimi, sentyabrın 1-i keçiriləcək növbədən kənar parlament seçkilərinə deputatlığa namizədlərin siyahısı ötən günlərdə ictimaiyyətə təqdim edilib. Siyahıda 1030 namizəd var.

Demokrat.az xəbər verir ki, 74 saylı Masallı seçki dairəsindən isə deputatlığa 7 namizəd var. Onlardan biri də Məşhur Məmmədovdur.

Mediada Məşhur Məmmədovun adı ”biznesmen-deputat” kimi hallanır. 

Hətta onun “Embawood”un sahibi olduğu ilə bağlı iddialar da var. Maraqlısı odur ki, Məşhur Məmmədovun namizəd olduğu dairədə rəqiblərindən biri məhz “Embawood”un satış meneceri Cavid Xalıqzadədir. 
 

Qeyd edək ki, “Embawood” 1996-cı ildə qurulub. Şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur. Bu gün “Embawood” şirkəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb. Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə “Embawood” şirkətinə məxsus satış nöqtələri vardır.


Azərbaycanda toplam sahəsi 85 000 kv.metrdən çox olan 141 mağazası fəaliyyət göstərir. Onu da bildirək ki, Məşhur Məmmədov VI çağırış Milli Məclisin deputatı olub. O, həm də Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir. 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
19
demokrat.az

10Mənbələr