AZ

Məşhur aparıcı vəfat etdi

Keçmiş KVN aparıcısı Aleksandr Maslyakov 82 yaşında vəfat edib. Vətəninfo.az xəbər verir ki, bu barədə verilişin Telegram kanalında məlumat verilib.

KVN aparıcının ölüm səbəbini açıqlamayıb.

“O, KVN hərəkatının bütün iştirakçıları və milyonlarla tamaşaçı üçün əbədi əfsanə olub və qalacaq. 1964-cü ildən o, Rusiyada və onun hüdudlarından kənarda yumor və satira simvoluna çevrilən KVN proqramının aparıcısı olub”, – mətbuat xidməti bildirir.

Aprel ayında Maslyakovun əməliyyat olunmayan ağciyər şişindən müalicə aldığı bildirilmişdi. Qeyd olunur ki, teleaparıcının səhhətində problemlər 2022-ci ildə koronavirusdan əziyyət çəkdikdən sonra başlayıb.

1994-cü ildə Maslyakov “Rusiyanın əməkdar artisti” adına layiq görülüb. 2002-ci ildə teleaparıcı Rusiya televiziyasının inkişafına verdiyi şəxsi töhfəyə görə TEFI mükafatına layiq görülüb. Bundan əlavə, “Vətənə xidmətlərə görə” ordeninin tam sahibidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
veteninfo.az

10Mənbələr