AZ

Naxçıvanda Vasif Talıbovun yaratdığı daha bir qurum fəaliyyətini dayandırdı

Image

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsisçisi olduğu "Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla əlaqədar olaraq MMC ləğv olunma barədə qərar verib. 

Qeyd edək ki, "Texniki Servis Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun tapşırığına əsasən təsis edilib. Mərkəz 2022-ci ildə müasir texniki avadanlıqlarla təchiz olunub. 

Xatırladaq ki, Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib. 





Seçilən
28
31
baki-xeber.com

10Mənbələr