AZ

HƏMAS hərəkatının əksər briqada və batalyonları məhv edilib – İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant

İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant bildirib ki, ölkə ordusu son 11 ayda Qəzza zolağında Fələstin HƏMAS hərəkatının əksər briqada və batalyonlarını məhv edib.

Onun sözlərinə görə, ordunun “hərbi nailiyyətləri” İsrailin cənubunda boşaldılan yaşayış məntəqələrinin əksəriyyətinin sakinlərinə evlərinə qayıtmağa imkan verib.

Qalant deyib ki, Livan “Hizbullah” hərəkatı ilə qarşıdurmanın davam etdiyi şimal sərhədində sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etmək əsas vəzifə olmalıdır. O, HƏMAS-a qarşı hərbi əməliyyatın məqsədlərinə oxşar vəzifənin daxil edilməsi məsələsini qaldıracağını da vəd edib. Nazir əmin edib ki, bu, hakimiyyətin girovların qaytarılması ilə bağlı öhdəliklərini azaltmayacaq.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
12
editor.az

10Mənbələr