AZ

Ermənistanda 4,2 maqnitudalı zəlzələ olub

Avqustun 12-də yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) Ermənistan Daxili İşlər Nazirliyi Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudalı zəlzələ qeydə alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələnin episentrində yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib. Zəlzələ Qeqarkunik vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, Yerevan şəhərində isə 2-3 maqnitudada hiss olunub.

 

İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
11
senzor.az

10Mənbələr