AZ

Kursk əməliyatını ABŞ, yoxsa Ukrayna özü keçirir?- ÖZƏL

"Ukrayna ordusunun Rusiyanın Kursk istiqamətində hücumu və müvəffəqiyyətlə irəliləməsi  Rusiya əhalisi ilə yanaşı, siyasi rəhbərliyi üçün də çaşqınlıq yaradıb". 

"Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib:

"Müharibənin gedişi tərəflərin imkanı barədə ölkə prezidenti Putinə qeyri-obyektiv məlumat verilməsini üzə çıxarır. Əlbəttə, Putin müharibənin ilk dövründəki rus ordusunun uğursuzluqlarını bağışladığı kimi, indiki vəziyyətdə daha buna gedəcəyi inandırıcı deyil. Sözsüz ki, bu Putinin tələsik addımı kimi görünməyəcək. ABŞ - ın və onun tərəfdaşlarının Ukraynaya ciddi hücum silahlarını verməsi, Rusiya ərazilərini vurmaq icazəsi, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, F-16 - ların Ukrayna ordusuna verilməsi, güclü maliyyə dəstəyi və sair kimi məsələlər Ukraynanın Rusiyaya tutarlı cavab verəcəyininə hazırlaşdığını göstərirdi. Rusiyanın hərbi-siyasi rəhbərliyinin bu hazırlığı "görməməsi", eləcə də xüsusi xidmət orqanlarının fəaliyyətsizliyi Rusiyanın hərbi imkanlarının tükəndiyifikrini möhkəmləndirir. 
Artıq Kremlə yaxın rus ekspertlərinin özləri də prosesin hansı istiqamətdə gedəcəyi barədə fikirlərində çətinlik çəkfiklərini bildirirlər. Ukraynanın Kursk əməliyatı Rusiya - Ukrayna müharibəsinin gedişinə əhəmiyətli dərəcədə təsir edəcəyi şübhəsizdir. Hətta Putin hakimiyətinin özü üçün də təhlükələr yarada bilər.
Sözsüz ki, Ukraynanın Kursk əməliyatını ABŞ - ın hərbi dəstəyi olmadan keçirmək mümkün deyildi. ABŞ Rusiyanın son uğurları fonunda ciddi addımlar atmaq məcburiyətinə düşmüşdü. Digər tərəfdən, ABŞ - da keçmiş prezident Donald Trampın hakimiyyətə qayıtmaq ehtimalının yüksəlməsi və onun Rusiya - Ukrayna müharibəsini dayandıracağı haqqında açıqlamaları, ABŞ-ın başladığı prosesin yarıda qalacaq ehtimalını artırır. Bunun nəticəsi olaraq Ukraynanın uğurlu Kursk əməliyatı müharibənin Rusiyanın istəklərinə uyğun bitməsini əngəlləyir. Rusiya qısa zamanda Kursk istiqamətinidə mövqeyini bərpa edə bilməsə, Rusiya üçün ən neqativ ssenarilərin reallaşma ehtimalı yüksəlir. Ancaq, Kursk əməliyatı paralel olaraq Ukraynanın özü üçün də çox ciddi ağır nəticələr verə bilər. Əgər, ABŞ və ümumiyyətlə Qərb Ukraynaya yardımında əvvəlki kimi fasilələr verərsə, Ukrayna hücum tempini saxlaya bilməsə və rus ordusu Ukrayna ordusunu Kurskdan çıxarmağa nail olarsa, Ukraynanın məğlubiyətlə barışmağı tezləşə bilər".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
olaylar.az

10Mənbələr