AZ

Ermənistanda zəlzələ baş verib

Ermənistanda 4,2 bal gücündə zəlzələ baş verib, episentrdə 5-6 gücündə olub. Bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edildiyi kimi, yeraltı təkanlar yerli vaxtla saat 02:02-də Qeqarkunik rayonunun Martuni şəhərindən 9 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ Qeqarkunik (5 bal), Kotayk (4 bal) və İrəvanda (2-3 bal) hiss olunub.

İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.
 


www.anews.az
Seçilən
39
5
anews.az

6Mənbələr