AZ

Efiopiyada Afrikanın ən böyük hava limanı tikiləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Efiopiyanın paytaxtı Əddis-Əbəbə yaxınlığında dəyəri 6 milyard dollar olan Afrika qitəsinin ən böyük beynəlxalq hava limanı tikiləcək.

Banco.az xəbər verir ki, bu barədə “Fana” teleradiostansiyası məlumat yayıb.

Afrikanın ən böyük və sürətlə inkişaf edən aviaşirkəti Efiopiya Hava Yolları beynəlxalq konsaltinq qrupu DAR ilə Efiopiyanın yeni hava limanının dizaynını hazırlamaq üçün anlaşma memorandumu imzalayıb.

“Ethiopian Airlines” qrupunun baş direktoru Mesfin Taseunun sözlərinə görə, bu hava limanı beş ildən sonra Bişoftu kurort şəhəri (Oromiya regionu) yaxınlığında, ölkənin paytaxtından 17 km aralıda yaradılacaq və onun sahəsi 35 kv.km olacaq.

Aviaşirkət rəhbəri bildirib ki, yeni beynəlxalq hava limanının birinci mərhələsi ildə 60 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub və ikinci mərhələnin başa çatması ilə sərnişin tutumu 100 milyona qədər artırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
18
banco.az

10Mənbələr