AZ

Gəncədə zəncirvari qəza baş verdi: yaralılar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Yeni Gəncə Qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində  2004-cu il təvəllüdlü Asiman Əlizadə, 2005-ci il təvəllüdlü Vüqar Əliyev və Aydın İsmixanov, 1992-ci il təvəllüdlü Elcan Babayev, 1994-cü il təvəllüdlü İntiqam Tanrıquliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
bakivaxti.az

10Mənbələr