Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki əməliyyatlarının bir məqsədi var - dinc əhalini qorxutmaq...
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Aydındır ki, Ukraynanın Rusiya bölgələrinə raket və dron hücumları açıq-aşkar terror xarakteri daşıyır. Bu cinayətlərin təşkilatçıları və icraçıları, o cümlədən onların xarici kuratorlarının bu əməllərinə görə cavab verəcəklərinə şübhə etmirik. Rusiya Silahlı Qüvvələrinin sərt cavabı özünü çox gözlətməyəcək", - deyə Zaxarova bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun