AZ

Castin Heyli üçün hoteldə dalaşdı


Dünya şöhrətli pop ulduz Castin Biberin Beverli Hillsdəki “Waldorf Astoria” otelində bir qrup yeniyetmə ilə dalaşarkən lentə alınan həmin anlar sosial şəbəkəyə yayıldıqdan sonra “viral” olub.

OLAY yazır ki, hadisə jotelin foyesində baş verib. 

Görüntülərə diqqətlə nəzər saldıqda 30 yaşlı müğənnini görən bir qrup gənc öz aralarında gülərək onu videoya çəkməyə başlayıb. Bu isə Biberin qəzəbinə səbəb olub və o aqressiyasını saxlaya bilməyib.

 “Gülürsünüz?” Castin qəzəbli şəkildə gənclərə sual ünvanlayıb və daha sonra “Buradan çıxıb gedin!” sözlərini dilə gətirib.

Hadisənin şahidi “TMZ” nəşrinin jurnalisti ilə söhbətində vəziyyəti belə şərh edib. Mənbənin sözlərinə görə, Biber əvvəlcə yeniyetmələrlə daha sakit danışsa da, sonradan qıcıqlanıb. Bunun səbəbi isə əri ilə nahar etmək üçün otelə gəlməli olan hamilə arvadı Heyli olub. Castin gənclərdən narahat olub, çünki o gün yanında təhlükəsizlik işçiləri olmayıb.

Rəşad Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
3
olay.az

6Mənbələr