AZ

Bayden prezidentlik yarışından geri çəkilməyini Trampın məğlubiyyətini təmin etmək istəyi ilə izah edib

ABŞ prezidenti Co Bayden namizədlikdən imtina etmək qərarını Donald Trampın seçkilərdə qalib gəlməsinə mane olmaq istəyi ilə izah edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Bayden bunu CBS telekanalına müsahibəsi zamanı deyib.

“Prezident kimi xidmət etmək şərəfli olsa da, mən hiss etdim ki, ölkə qarşısında bacardığım ən vacib şeyi etməyə borcluyam. Yəni, biz Trampı məğlub etməliyik.”, – deyə o bildirib.

81 yaşlı prezident Bayden daha sonra sözlərinə belə davam edib: “İlk namizədliyimi irəli sürəndə özümü keçid dövrünün prezidenti hesab edirdim. Neçə yaşım olduğunu belə deyə bilmərəm, bunu tələffüz etmək belə mənim üçün çətindir”.

Seçilən
130
21
nocomment.az

10Mənbələr