AZ

İspaniyalı qolkiper fransızlara belə acıq verdi - VİDEO

“Furies Roja”nın qapıçısı Arnau Tenasın başına maraqlı hadisə gəlib.

Bizim.Media xəbər verir ki, hadisə Paris Olimpiadasında kişi futbolçular arasında finalda Fransanı məğlub edərək Olimpiya çempionu olan İspaniya millisi evə qayıdan zaman baş verib.
 

Belə ki, Arnau Tenas hava limanında “X-ray” cihazından keçərkən siqnalizasiya işə düşüb. 23 yaşlı qolkiper bundan sonra geyiminin altından qızıl medalını çıxararaq nümayişkaranə şəkildə fransızlara göstərib. 


Qeyd edək ki, “La Masiya”nın yetirməsi olan Tenas hazırda məhz Fransanın PSJ klubunun formasını geyinir.



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
bizim.media

10Mənbələr