AZ

Bəzi bölgələrdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda gecə hava əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Korrespondent.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 9:30-a olan məlumatında belə deyilir.

Düşən yağıntının miqdarı: Gədəbəy, Zaqatala, Şəki, Qax, Laza (Qusar), Balakəndə 1 mm-dək olub. 

Şimal-qərb küləyi əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 23 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Lerik, Daşkəsən, Göygöl, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
49
korrespondent.az

10Mənbələr