AZ

"Global Panorama": "Qarabağın incisi Şuşa üçgünlük media paytaxtına çevrildi" - VİDEO

Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Azərbaycan diplomatiyasında yeni cığır sayıla biləcək Şuşa Qlobal Media Forumundan bəhs olunub.

Bir sıra aktual məsələlərin, o cümlədən media sahəsindəki problemlərin müzakirə olunduğu Forumun vacib mesajlarla yadda qaldığı qeyd olunub.

"Müasir dünyada informasiya müharibələri geniş yayılıb və bu zaman istifadə olunan əsas silah dezinformasiyadır. Kim yazır və niyə yazır? Bu suallara normal cavab tapmayanda qlobal siyasi-iqtisadi sabitliyə təhlükə artır. Odur ki, Forum bu problemin həllinə yönəlmişdi", - deyə vurğulanıb.

Ətraflı videoda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
baku.ws

10Mənbələr