AZ

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Ağır cəzaya hazırlıq başa çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bildirib.

"Yalnız güc dilini anlayan rejim (İsraili nəzərdə tutur - red.) üçün ağır cəzaya hazırlıq başa çatıb", - Əli Şəmxani vurğulayıb.

Qeyd edək ki, iyulun 31-də HƏMAS-ın Siyasi Bürosunun baş katibi İsmayıl Həniyə Tehranda iqamətgahında öldürülüb. İran hakimiyyəti bunu İsrailin törətdiyini iddia edərək bu hadisəyə görə yəhudi dövlətinə qarşı əməliyyat keçirəcəyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
23
milli.az

10Mənbələr