AZ

İsrail HƏMAS-ın qərargahına dəqiq zərbələr endirdiyini açıqladı

İsrail ordusu HƏMAS-ın Qəzza zolağında yerləşən qərargahını dağıtdığını açıqlayıb.

Olaylar bildirir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail ordusu kəşfiyyat məlumatlarına əsasən müəyyən edib ki, HƏMAS Qəzzanın şimalında yerləşən Əl-Tabain məktəbində özünün komanda və idarəetmə mərkəzi qurub. Həyata keçirilən əməliyyat nəticəsində təşkilatın qərargahına dəqiq zərbələr endirilib.

İsrail tərəfi iddia edir ki, sözügedən qərargahda İsrail hərbçilərinə qarşı müxtəlif hücumların planlaşdırılması həyata keçirilib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
5
olaylar.az

10Mənbələr