AZ

Rusiya çaş-baş qalıb: ABŞ Ukraynaya icazə verib ki?..

ABŞ Ukraynaya ATACMS raketlərindən istifadə etməsinə icazə verə bilər.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vasili Dandıkin deyib:

"Kursk vilayətinin sərhəd zonasında döyüşlər avqustun 6-dan davam edir. Amerikanın uzaqmənzilli ATACMS raketləri təxminən 300 kilometr məsafə qət edə bilir. Amma indiyə qədər Pentaqon Ukrayna Silahlı Qüvvələrinə bu raktelərdən Rusiya ərazisinin dərinliklərinə doğru hücumlar üçün istifadə etməyi qadağan edib.

ABŞ hakimiyyəti bir neçə dəfə qeyri-qanunilik nümayiş etdiriblər, buna görə də onlar Kiyevə bu cür silahlardan istifadə etməyə asanlıqla icazə verə bilərlər. Ola bilsin, artıq icazəni veriblər. Onlar üçün mülki itkilər heç nədir. Eyni səbəbdən ukraynalılar indi dəqiq silahlardan çox kasetli sursatlardan fəal şəkildə istifadə edirlər".

Vasili Dandıkin iddia edib ki, Rusiya ordusunun ATACMS raketlərinə effektiv müqavimət göstərmək üçün kifayət qədər müasir hava hücumundan müdafiə sistemləri var.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
teleqraf.com

10Mənbələr