Bolqarıstan çempionatında 4-cü turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, “Arda” bu turda evdə “Hebar”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cəlal Hüseynov da bu oyunda iştirak edib. Millimizin üzvü start heyətində meydana çıxıb və sonadək oynayıb.

“Arda” hazırda 6 xalla 6-cı pillədə qərarlaşıb.