AZ

Zeynal Əmrəliyev: Azərbaycan Türk dünyasının əsas dövlətidir- ÖZƏL

"Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya dövlət başçılarının sammiti keçirilir və bu sammitə Mərkəzi Asiya liderlərindən əlavə Azərbaycan prezidenti İlham Əliyev də dəvət olundu. Şübhəsiz ki, bu, Azərbaycanın Türk dünyasında necə önəmli rola malik olduğunun ən böyük göstəricisidir. Yəni Azərbaycanın lideri, hal hazırda Türk dünyası dövlətlərarası inteqrasiya prosesinin güclənməsində əsas aparıcı şəxsdir və Azərbaycan məhz Türk dünyasının əsas aparıcı ölkəsidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Məlum olduğu kimi, Azərbaycan uzun müddət Qoşulmama Hərəkatının sədri kimi hərəkatın üzvləri arasında həmrəyliyin nümayiş etdirilməsində əsas bünövrəni qoyan dövlətdir. Yəni, məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu hərəkat daxilində birlik, ittifaq yaranıb. Hərəkat üzvləri vahid mövqedən çıxış etməyə başlayıblar. Eyni zamanda, Azərbaycan, təmsil olunduğu digər birlikdə-Türk Dövlətləri Təşkilatında da bu mövqeyi sərgiləyir və TDT-nin daha da canlanması, bütün məsələlərdə vahid mövqedən çıxış etməsi, siyasi, iqtisadi əlaqələrin güclənməsi istiqamətində mühüm addımlar atır. Həmçinin dövlət başçısının təşəbbüsü ilə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında son zamanlarda siyasi, iqtisadi, sosial əlaqələr getdikcə güclənir. Mədəniyyət sahəsində dövlətlər arasında qarşılıqlı şəkildə bir yaxınlaşmanı  görürük və bütün bunlar da onu sübut edir ki, bəli, Azərbaycan Türk dünyasının əsas dövlətidir və eyni zamanda Azərbaycan həm də Qərbi Avropanı Mərkəzi Asiya ilə bağlayan əsas körpü rolunu oynayır. Yəni Mərkəzi Asiyanın Qərblə iqtisadi əlaqələrində Azərbaycanın rolu danılmazdır. Azərbaycanın hal-hazırda üzərinə götürdüyü öhdəliklər məhz bundan ibarətdir ki, Türk dünyasını birləşsin. Türk dünyasının əsas hərəkətverici qüvvəsi demək olar ki, bu regionda Azərbaycandır və buna görə də dövlət başçısının bu sammitə dəvət olunması, öz-özlüyündə deyilənləri bir daha təsdiq edir.  İlham Əliyevin Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında Qazaxıstan Baş naziri tərəfindən qarşılanması ölkəmizə və dövlət başçısına göstərilən böyük hörmətin ifadəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
olaylar.az

10Mənbələr